Hazırda 45 min azərbaycanlı Türkiyədə təhsil alır

19 Avqust, 2025 - 11:33
Hazırda 45 min azərbaycanlı Türkiyədə təhsil alır
Hazırda 45 min azərbaycanlı Türkiyədə təhsil alır

Hazırda Türkiyə ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrin sayı təxminən 45 000 nəfərdir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22578 müraciət daxil olub. Bu müraciətlərin 5327-si Türkiyədən əldə olunan kvalifikasiyaların payına düşür.

Qeyd olunan ötən altı ilə münasibətdə Türkiyədən əldə olunan kvalifikasiyaların tanınması barədə müraciətlərin 5107-si müsbət qərar, 220-si barəsində isə imtina qərarı verilib.

Ən çox müəllimlik, hüquqşünaslıq və mühəndislik ixtisasları üzrə təhsil alanların müraciətlərinə mənfi cavab verilib.