Həsən Həsənlinin Şamaxıdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin 8 aprel tarixində Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, vətəndaş qəbulu aprelin 24-də keçiriləcək.
Qəbulda Şamaxı və Ağsu sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.



