HTP çərçivəsində xaricdə oxuyanların sayı açıqlandı
Bu il Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil üçün 1000-dən çox müraciət daxil olub.
Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2024-2025-ci tədris ilində HTP çərçivəsində Macarıstanda 129, Çində 28, Latviyada 8, Qazaxıstanda 7, Türkiyədə 6, Rusiyada 5, Rumıniyada 2, Slovakiyada 1 olmaqla, ümumilikdə 188 Azərbaycan vətəndaşı təhsil almağa başlayıb. Onlar dünyanın 9 müxtəlif ölkəsinin 56 ali təhsil müəssisəsində bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.



