Hun Manet: Təhsil sahəsində ayırdığı təqaüdlərə görə Azərbaycan hökumətinə təşəkkür edirik

12 Oktyabr, 2026 - 16:04
Hun Manet: Təhsil sahəsində ayırdığı təqaüdlərə görə Azərbaycan hökumətinə təşəkkür edirik

“Biz ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə fəaliyyət göstərə biləcəyimiz geniş məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bundan əlavə, ticarət, təhsil və digər perspektivli sahələrdə gələcək əməkdaşlığımız üçün zəmin yaradan üç saziş imzaladıq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatında deyib.
Baş nazir qeyd edib ki, müdafiə, təhlükəsizlik və təhsil sahələrində əməkdaşlıq məsələləri üzərində iş aparılıb və bu məsələlər müzakirə edilib.

Prezident İlham Əliyevə dəvətinə görə minnətdar olan Hun Manet qeyd edib ki, Kamboca xalqı adından Azərbaycan hökumətinə ölkəmizə ötən illər ərzində göstərdiyi dəstəyə, xüsusilə təhsil sahəsində ayırdığı təqaüdlərə görə təşəkkür edir: “Ümidvarıq ki, bu əməkdaşlıq gələcəkdə digər sahələri də əhatə edəcəkdir”.