I qrupun birinciləri BANM-i seçdilər
Dövlət İmtahan Mərkəzinin 12 iyulda keçirdiyi imtahanın nəticələrinə əsasən, I qrup üzrə ən yüksək nəticəni (400 bal) göstərən və hər iki mərhələnin cəminə görə 697,5 bal toplayan abituriyentlər Zəfər Həsənli və Aysu Məhərrəmli Bakı Ali Neft Məktəbini seçirlər.
"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu olan Zəfər BANM-in "Kimya mühəndisliyi" ixtisasında, Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin (Ə.Əliyev adına) məzunu olan Aysu isə "İnformasiya təhlükəsizliyi" ixtisasında təhsil almağı planlaşdırırlar.




