İctimai şura üzvləri LDU-da imtahanların gedişini izləyiblər
Lənkəran Dövlət Universitetindəki (LDU) İctimai Şuranın üzvləri 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə imtahanların gedişini canlı izləyiblər.
Bu barədə "Azərbaycan müəllimi"nə LDU-dan məlumat verilib.
Bildirilib ki, İctimai şuranın sədri, respublikanın əməkdar müəllimi Mənsur Ağayev və şura üzvləri- Azərbaycan Respublikasının xalq artisti, Lənkəran Dövlət Dram Teatrının aktyoru Qabil Quliyev, Lənkəran şəhəri S. Kazımbəyov adına 6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin direktoru, Respublikanın əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Akif Xalıqov universitetin tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti, Operativ Qərargahın işi ilə yaxından tanış olublar.




