İdmançı sayına görə lider Bakı oldu
Azərbaycanda Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək.
“Azərbaycan müəllimi”nin məlumatına görə, olimpiadada paytaxt Bakıdan sonra ən çox idmançı ilə qatılan region Gəncə şəhəridir.
Belə ki, Gəncə şəhəri 11 idman növü üzrə ümumilikdə 210 idmançı, 36 məşqçi ilə olimpiadada iştirak edəcək.
Gəncə şəhərindən ən çox idmançının qatılacağı yarışlar 30 idmançı ilə cüdo, ən az idmançının qatılacağı yarış isə 3 idmançı ilə gimnastikadır.




