İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar

8 Sentyabr, 2025 - 13:43
İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar
İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar
İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar

İdmançılarımız 3-9 sentyabr tarixlərində Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan 3-cü Türkdilli Dövlətlərin Universiadasında uğur qazanıblar. 

“Azərbaycan müəllimi” xəbər verir ki, stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Abulhəmidova gümüş medal qazanıblar.

Komanda yarışlarında Qırğızıstan idmançılarına 3-0, Qazaxıstan təmsilçilərinə 3-1 hesabı ilə qalib gələn Mikayılova-Abdulhəmidova tandemi finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzaraq ikinci yeri tutub.

Qeyd edək ki, sayca üçüncü olan universiadaya sentyabrın 9-da yekun vurulacaq.