İkili diplom proqramları üzrə xarici ali məktəblərin seçimi təsdiqlənib

18 Dekabr, 2025 - 15:33
İkili diplom proqramları üzrə xarici ali məktəblərin seçimi təsdiqlənib

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası” təsdiqlənib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qayda beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir. Qaydada Proqrama dair müqavilənin bağlanılması, Proqrama tələbə seçimi şərtləri göstərilir.