İlin ən böyük Ayı görünəcək

3 Noyabr, 2025 - 16:43
İlin ən böyük Ayı görünəcək

Noyabrın 5-də 2025-ci ilin ən yaxın, ən parlaq və ən böyük bütöv Ayını görmək mümkün olacaq.

“Azərbaycan müəllimi” xarici mənbələrə istinadən bildirir ki, Ay Yerdən 240 000 mil məsafə uzaqdadır. Amma bu rəqəm təxmini  göstəricidir və hələ dəqiq müəyyən edilməyib.

Bunun səbəbi odur ki, Ay Yerin ətrafında dairəvi trayektoriya üzrə fırlanmır. Əgər fırlansaydı, məsafəsi həmişə eyni olardı.

Bunun əvəzinə Ay ellipsvari trayektoriya üzrə dövr edir və onun Yer kürəsindən  məsafəsi təqvimə görə dəyişir.
Çərşənbə günü, yəni 5 noyabrda biz unikal bir bütövləşmiş ayın Şərqdə gün batımında çıxmasını görmək üçün əla fürsətə sahib olacağıq.

O gecə Ay planetimizə çox yaxın olacaq. Buna görə Ayın normadan bir az böyük görünüşünü görə bilərsiniz. Həmin gecə Ay orta bütövləşmiş ay formasından yalnız 7% daha böyük görünəcək və bu, o qədər də çox hesab edilmir.

Gecədən bir az keçdikdən sonra Ayı yenidən izləyin. Həmin zaman görəcəksiniz ki, indi o, bir az daha kiçik görünür.

Nərmin Məmmədzadə