İlk həmkarlar ittifaqı təşkilat sədrləri üçün istirahət təşkil olunub

13 Aprel, 2026 - 11:10
İlk həmkarlar ittifaqı təşkilat sədrləri üçün istirahət təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən cari ilin yanvar ayından etibarən həyata keçirilən sosial layihə çərçivəsində növbəti görüş Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, həftəsonları təşkil olunan layihənin əsas məqsədi ittifaq üzvlərinin sağlamlığının qorunması, onların asudə vaxtlarının daha səmərəli təşkili və sosial rifahının yüksəldilməsidir.

Bu çərçivədə Lənkəran şəhəri və Masallı rayonundan olan 40-a yaxın ilk həmkarlar ittifaqı təşkilatının sədri Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində olublar.

Layihə çərçivəsində cənub bölgəsindən gələn təşkilat sədrləri ilə görüş də təşkil olunub. 

Görüşdə ETİHİ Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev və məsul əməkdaşlar iştirak ediblər. Tədbir zamanı geniş fikir mübadiləsi aparılıb, təşkilat sədrlərinin rəy və təklifləri dinlənilib.

Qeyd edək ki, bu günədək ümumilikdə 1057 nəfər ilk həmkarlar ittifaqı təşkilatının sədri ailə üzvləri ilə birlikdə belə istirahət imkanlarından yararlanıb. Layihənin ilin sonunadək respublikanın bütün bölgələrini əhatə etməsi planlaşdırılır.