İlk Prezident təqaüdçüləri bu gün haradadırlar?
2001–2002-ci illərdə Prezident təqaüdünə layiq görülən gənclər bu gün hansı sahələrdə çalışırlar və illər əvvəl qazandıqları uğur onların həyat yoluna necə təsir edib? Onların arasında həkimlər, diplomatlar, dövlət qulluqçuları, sahibkarlar və müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə çalışan mütəxəssislər var.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında paylaşım edib.
O bildirib ki, 2023-cü ildə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə həmin gənclərin sonrakı həyat yolu araşdırılıb və 41 videomüsahibədən ibarət layihə hazırlanıb.
Məleykə Abbaszadənin sözlərinə görə, müsahibələrdə müxtəlif peşə sahələrində öz yollarını tapan şəxslərin həyat və karyera hekayələri ilə yanaşı, illər əvvəl ümummilli lider Heydər Əliyevlə görüşləri haqqında xatirələri də xüsusi diqqət çəkir. Həmin görüş zamanı onlara göstərilən diqqət, uğurlarının yüksək səviyyədə qiymətləndirilməsi və qazandıqları nailiyyətlərə verilən dəyər yaddaşlarında silinməz iz buraxıb.
İlk Prezident təqaüdçülərinin həyat hekayələri -
41 videomüsahibə: https://shorturl.at/ZOjhk




