İlqar Bayramlı: Dual peşə təhsili üzrə tələbə sayının 3 dəfə artımı gözlənilir
2026-2027-ci tədris ilində dual peşə təhsili modeli üzrə 57 ixtisasa 2 560 tələbənin qəbulu planlaşdırılır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.
İ.Bayramlı bildirib ki, dual təhsil və işəgötürənlərlə əməkdaşlıq genişlənir: “Proqram 150-dən çox işəgötürənlə əməkdaşlıq əsasında həyata keçirilir”.
O qeyd edib ki, tələbə sayının 3 ildə 3 dəfə artımı gözlənilir: “Dual peşə təhsili ölkə üzrə 22 regionda 33 peşə təhsili müəssisəsini əhatə edir. Dual peşə təhsili üzrə ən çox plan yeri - 560 plan yeri “Aşpazlıq” ixtisası üzrə ayrıllb”.
Ümumilikdə, aşpazlıq, qənnadıçı-şirniyyatçı, qida və qeyri-qida malları satıcısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisaslarına 1080 plan yeri ayrıllb.




