İncəsənət Gimnaziyası növbəti tədris ilinin əvvəlində istifadəyə veriləcək
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir. Yenidənqurma işləri gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar prosesdə qısamüddətli ləngimə baş verib. Buna baxmayaraq növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur.


