İncəsənət Gimnaziyasının bərpası işləri hansı mərhələdədir? - AÇIQLAMA
Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası binasının bərpa-gücləndirilməsi çərçivəsində layihə işlərinin təkmilləşdirilməsi həyata keçirilir.
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, proses başa çatdıqdan sonra müvafiq sənədlər aidiyyəti dövlət qurumlarına təqdim ediləcək və təsdiq olunduqdan sonra əsaslı təmir işləri davam etdiriləcək.



