“İngiliscə dərs deyənə çox, azərbaycanca deyənə az maaş – bu, səhvdir” - Ədalət Muradov
“İngilis dilində dərs deyən müəllimlərə maaşı çox veririk, Azərbaycan dilində dərs deyən müəllimə az. Düşünürəm ki, bu, səhvdir”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov deyib.
Onun fikrincə, Azərbaycan dilində tədrisin cəlbediciliyinin artırılması əsas şərtdir. Rektor bu məqsədə nail olmaq üçün planlaşdırdıqları işlərdən də danışıb:
“Hədəfimiz Azərbaycan dilində keyfiyyətli təhsil verən universitet olmaqdır. SABAH qruplarını da bu ildən ancaq Azərbaycan dilində açacağıq. Prioritetimiz Azərbaycan dilində təhsildir. Hesab edirik ki, Azərbayca dilində təhsilin cəlbediciliyini artırmaq vacibdir”.
Qeyd edək ki, UNEC-də MBA və magistraturada ingilis dilində dərs deyən müəllimlər tədrisi Azərbaycan dilində aparan müəllimlərdən 30 faiz çox əməkhaqqı alırlar. Bakalavriat səviyyısində bu fərq fakültədən asılı olaraq dəyişir. Belə ki, iqtisadiyyatyönümlü ixtisaslarda bu fərq 50 faizə qədər artır.




