İntiqam Cəbrayılov: Müasir təhsil əzbərçiliyi deyil, düşünməyi tələb edir
“İndiyə qədər təhsil müəssilərində öyrənmə metodikası bir qədər fərqli olub. Ənənəvi təhsildən müasir təhsilə keçirik, yaddaş məktəbi təfəkkür məktəbi ilə əvəz olunur. Bu anlayışın özü tələb edir ki, bizim dərsliyin məzunu ilə bərabər, eyni zamanda onun tətbiqi, şagird-müəllim, tələbə-müəllim münasibətlərində də bir keçid olsun, yenilik özünü hiss etdirsin”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Naxçıvan Müəllimlər İnstitutunda “Şəhərsalma və memarlıq ili”nə həsr olunan "Ümumi təhsilin aktual problemləri" mövzusunda V respublika elmi-praktik konfransda Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov deyib.
“Rəqəmsal transformasiya dövründə şagirdlərin funksional savadlılığının inkişafı: problemlər və həll yolları” mövzusunda çıxış edən şöbə müdiri əlavə edib ki, bu baxımdan müasir dövrün tələbləri də dəyişir. Əsas tələblərdən biri odur ki, təhsil alanlardan ənənəvi qaydada bilikləri əzbərləmək deyil, onu analiz etməyi bacarmaq, ümumiləşdirmək istiqamətində işin aparılması tələb olunur. Rəqəmsal tranformasiya təkcə sinif otaqlarına texnolgiyanın gələməsi kimi başa düşülməməlidir:
"Bu həm də düşüncə tərzinin dəyişdirrilməsi kimi qəbul edilməldiir. Bu gün təhsil alan mütləq oxuduğunu dərindən anlamalıdır".



