İstanbulda məktəbdə insident: 7 şagird yaralanıb
İstanbulun Başakşehir rayonunda yerləşən Şeyx Şamil İmam Hatip Orta məktəbində bıçaqlı insident baş verib. Hadisə nəticəsində 7 qız şagird yaralanıb, onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
“Azərbaycan müəllimi” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə oktyabrın 6-da saat 08:35-də Kayaşehir ərazisindəki məktəbdə baş verib.
Hadisəni törətdiyi bildirilən 15 yaşlı şagird polis əməkdaşları tərəfindən saxlanılıb. O, Küçükçekmece Fahrettin Kərim Gökay Anadolu liseyinin 10-cu sinifində təhsil alır.
Hadisə ilə bağlı araşdırmaya başlanıldığı bildirilib.




