IV sinif şagirdi bürünc medal qazanıb
Bakıdakı 162 nömrəli tam orta məktəbin 4 "A" sinif şagirdi Ruhin Teymurov AMO 2025 (American Mathematics Olympiad) yarışmasında “Grade 3” kateqoriyasından bürünc medal qazanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəbin direktoru İlahə Orucova Ruhini təbrik edərək ona gələcəkdə daha böyük uğurlar arzulayıb. Bu nailiyyət məktəbin şagirdlərinə motivasiya verib.



