İyulda sanatoriya-kurort yollayışı ilə təmin olunanların sayı AÇIQLANDI
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı iyul ayında da ittifaq üzvlərinin sanatoriya-kurort və istirahət xidmətlərindən yararlanmasını təmin edib.
ETİHİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, üzvlər e-ahik.az elektron rezervasiya sistemi vasitəsilə qeydiyyatdan keçərək yollayışlarını rəsmiləşdirib və bu imkandan faydalanıblar.
İyul ayı ərzində ümumilikdə 4627 nəfər sanatoriya-kurort yollayışı ilə təmin olunub.




