“JosephCUP 2025” adlı respublika turniri keçirilib

13 Yanvar, 2025 - 16:20
13 Yanvar, 2025 - 16:20
 0  87
“JosephCUP 2025” adlı respublika turniri keçirilib
“JosephCUP 2025” adlı respublika turniri keçirilib
“JosephCUP 2025” adlı respublika turniri keçirilib
“JosephCUP 2025” adlı respublika turniri keçirilib
“JosephCUP 2025” adlı respublika turniri keçirilib
“JosephCUP 2025” adlı respublika turniri keçirilib
“JosephCUP 2025” adlı respublika turniri keçirilib

11 yanvar tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə robot texnologiyaları və mühəndislik sahəsinin atası sayılan Joseph Engelberger’in 100 illik yubileyinə həsr olunmuş “VEX Robotics” yarışlarının “VEX V5” kateqoriyası üzrə “JosephCUP 2025” adlı respublika turniri həyata keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, turnirin keçirilməsində məqsəd gənclərin mühəndislik və robot texnologiyaları sahəsində bilik və bacarıqlarını inkişaf etdirməkdir. Bu tədbir gəncləri müasir texnologiyalarla tanış edərək onların innovativ düşüncələrini stimullaşdırmaq, komanda işini təşviq etmək və praktiki problemləri həlletmə bacarıqlarını gücləndirmək məqsədini güdür.

“JosephCUP 2025” yarışı iştirakçılara robot qurmaq, proqramlaşdırmaq və real dünya məsələlərinə tətbiq etmək üçün geniş imkanlar təqdim etmişdir. Gənclər, həmçinin bu müsabiqə vasitəsilə digər mütəxəssislərlə fikir mübadiləsi edərək, öz yaradıcılıq potensialını ortaya qoya bilmişdir.