Jurnalistlərin təhsil mövzusunda savadlılığı artırılacaq – Nazirlik
Dünən elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqindən sonra jurnalsitlərin təhsil və media mövzusunda savadlanmalı olduqları ilə bağlı sosial şəbəkələrdə geniş müzakirələr olub.
“Azərbaycan müəllimi” AzEdu.az-a istinadən xəbər verir ki, bu müzakirələrdən sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev jurnalistlərin təhsil sahəsində media savadının artırılmasının planlaşdırıldığını bildirib.
“Elm və təhsil sahəsi üzrə savadlılığının artırılması istiqamətində bir neçə təşəbbüsümüz var. Bu tədris ilində reallaşdırmağı planlayırıq”, - deyə Səbuhi Rzayev qeyd edib.
Oxşar yazılar
Mehriban Vəliyeva: Təhsil sahəsində aktual məsələlərin geniş müzakirəsinə ehtiyac var
11 Sentyabr, 2025 0 51

