Kainatın gözləniləndən daha sürətlə genişləndiyi məlum olub

23 Yanvar, 2025 - 22:35
Kainatın gözləniləndən daha sürətlə genişləndiyi məlum olub

Alimlər 300 milyon işıq ili uzaqlıqdakı qalaktika klasterinin dəqiq ölçmələri əsasında kainatın gözləniləndən daha sürətlə genişləndiyini aşkarlayıblar.

“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı “The Astrophysical Journal Letters” jurnalında məqalə dərc olunub.

Araşdırmada Kainatın genişlənməsi ilə bağlı əsas fikir belədir ki, əvvəllər sıxılmış kütlə və enerji indi genişlənən kosmosda yayılmış qalaktikalar formasındadır. Buna baxmayaraq, alimlər genişlənmənin sürətini izah etməkdə çətinlik çəkirlər.

Bildirilir ki, “Habl sabiti” olaraq adlanan bu genişlənmə sürətini ölçmək üçün müxtəlif üsullardan istifadə olunur. Amma bu üsullar fərqli-fərqli nəticələr verir ki, bu da alimlər arasında ciddi müzakirə mövzusuna çevrilib.

Son araşdırmalar zamanı alimlər “Kosmos klasteri” adlanan qalaktika qrupunun məsafəsini 321 milyon işıq ili olaraq ölçüblər. Bu dəqiqləşdirmə kainatın genişlənmə sürətinin 76,5 km/s/mpk (meqaparsek başına saniyə) olduğunu göstərib. Amma bu sürət kainatın başlanğıcından qalan qədim işığın ölçüləri ilə əldə edilən 67,4 km/s/mpk nəticəsi ilə uyğun gəlmir. Bu fərqin səbəbi alimlər üçün böyük sirr olaraq qalır.

Alimlər qeyd edir ki, bu problemin həlli ya hesablama üsullarımızda bir səhv olduğunu göstərəcək, ya da kainatın necə işlədiyini başa düşmək üçün yeni fizika qanunlarını üzə çıxaracaq.

Kainatın gözləniləndən daha sürətlə genişləndiyi məlum olub
Kainatın gözləniləndən daha sürətlə genişləndiyi məlum olub