Kanadada məktəbdə silahlı insident baş verib

11 Fevral, 2026 - 10:33
Kanadada məktəbdə silahlı insident baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Tambler-Ric qəsəbəsində məktəbdə silahlı insident baş verib. 

“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 25-dən çox insan yaralanıb. 

Məlumata görə, ölənlər arasında hücumu törətdiyi ehtimal olunan şəxs də var. O, məktəb binasında ölü tapılıb.

Polis məktəbdəki bütün şagird və işçi heyətinin təxliyə edildiyini, ictimaiyyət üçün əlavə təhlükə olmadığını açıqlayıb. Hücumun motivi və digər detallar barədə araşdırmalar davam edir.