Kəklik Gözəlova: Pedaqoji əməkdaşlıq edəcəyimiz məktəblərin sayını artıracağıq

26 Aprel, 2026 - 10:35
Kəklik Gözəlova: Pedaqoji əməkdaşlıq edəcəyimiz məktəblərin sayını artıracağıq

"Gələcəkdə pedaqoji əməkdaşlıq edəcəyimiz məktəblərin dairəsini genişləndirməyi hədəfləmişik".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu  fikirləri Qarabağ Universitetinun Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova "Azərbaycan müəllimi" nə müsahibəsində qeyd edib.

K. Gözəlova bildirib ki, pedaqoji fakültənin təşkilatçılığı ilə keçirilən forumda ümumtəhsil məktəblərinin 115 nəfər müəllimi iştirak edib. Onlar Qarabağ regionuna daxil olan Ağdam, Şuşa, Xankəndi və Xocalı məktəblərinin nümayəndələridir.

O da qeyd olunub ki, forumda bir sıra universitetlərin müəllimləri də iştirak edirlər. Bu forum hər iki qrup arasında əməkdaşlığın inkişafına xidmət edir: "Burada bir sıra suallar ətrafında müzakirələr aparıldı. Məsələn, şagirdlər hansı səriştələri öyrənməlidirlər ki, onların gələcək uğurlarına xidmət etsin. Texnolgiya inkişaf edir, müəllimlər özünü peşəkar mütəxəssis kimi inkişaf etdirməlidir. Müəllimlər öyrənməlidir ki, şagird və tələbələrə də geniş imkanlar yarada bilsinlər Universitetimiz ümumtəhsil məktəbləri ilə əməkdaşlıqlara başlayıb. Tələbələrimiz pedaqoji təcrübə keçirlər. 

Forum məktəb müəllimləri ilə əməkdaşlıq üçün təməldir. Hələ əməkdaşlığımız bir məktəblə davam edir. Gələcəkdə pedaqoji əməkdaşlıq edəcəyimiz məktəblərin dairəsini genişləndirməyi hədəfləmişik"