Kərkicahanda təhsil yenidən dirçəlir: Qarabağda gələcək nəsillər formalaşır

12 May, 2026 - 14:20
Kərkicahanda təhsil yenidən dirçəlir: Qarabağda gələcək nəsillər formalaşır

Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbdə təhsil yenidən inkişaf edir. Uzun illərdən sonra doğma torpaqlara qayıdan ailələrin övladları artıq Qarabağda, ata-baba yurdlarında təhsil alırlar.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, müasir infrastrukturla təmin olunan məktəbdə şagirdlər üçün hər cür şərait yaradılıb və gələcək nəsillərin yetişməsi istiqamətində mühüm addımlar atılır.

Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov bildirib ki, məktəb 624 şagird yerlikdir və 2026-cı il yanvarın 12-də yenidən fəaliyyətə başlayıb: “Məktəbimiz 624 şagird yerlikdir. Bu təhsil ocağı 2026-cı il yanvarın 12-də yenidən fəaliyyətə başlayıb. Peşəkar müəllim heyətimiz var və burada 30 ildən sonra çalışmaq, təhsilə töhfə vermək hər birimiz üçün qürurludur. Burada müəllim olmaqla yanaşı, həm də şərəfli bir missiyanı yerinə yetiririk. Gələcəyə ümidimiz daha çoxdur. Məcburi köçkün olduğumuz vaxtlarda da Qarabağa qayıdacağımız günə ümidimizi itirmədik. Hazırda Qarabağda gələcəyin həkimləri, müəllimləri, mühəndisləri yetişir və onlara dərs keçmək böyük qürurdur. Bu xoşbəxt günlərə görə Ali Baş Komandan İlham Əliyevə və güclü ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin”.

Məktəbin müəllimi Sevinc Məmmədova əslən Xocalı sakinidir və qarabağlı olaraq Xankəndidə fəaliyyətini davam etdirdiyi üçün qürur duyduğunu bildirir: “Burada işləməklə yanaşı, gələcək nəsillərin yetişməsində rolum olduğu üçün çox xoşbəxtəm. Qarabağ torpaqları Azərbaycanın ayrılmaz, əzəli torpaqlarıdır. Məktəbimizdə çox gözəl şərait yaradılıb və müasir tələblərə cavab verən tədris aparılır”.

İbtidai sinif şagirdi Günay Abbaslı isə Xankəndidə təhsil aldığını sevinc hissi ilə qeyd edir: “Bizim məktəb əvvəllər Goranboyda idi, Xocalı şəhər 4 nömrəli məktəbin şagirdi idim. İndi isə qarabağlı olaraq Xankəndidə Kərkicahan məktəbində oxuyuram. Bu məni çox sevindirir. Artıq yeni sinif yoldaşlarım, yeni dostlarım və müəllimlərim var. Burada bizə çox yaxşı dərs keçirlər”.

Nurlan Babayev də doğma torpaqda təhsil almağın qürurunu yaşadığını deyir: “Mən əslən kərkicahanlıyam. Bu yerlər haqqında böyüklərimdən eşitmişdim. İndi isə çox sevinirəm ki, ata-baba yurdumda məktəbliyəm və təhsil alıram. Ailəlikcə Kərkicahanda yaşayırıq. Ən böyük arzum polis olmaq və Xankəndidə çalışmaqdır”.

VII sinif şagirdi İlqarə Şükürova isə bildirir ki, Qarabağda yaşamaq və təhsil almaq onun üçün böyük xoşbəxtlikdir: “Burada təhsil aldığım üçün çox sevinirəm. Çox gözəl məktəbimiz var, müəllimlərimiz dərsləri çox yaxşı keçir. Əvvəllər Gəncədə yaşayırdıq, torpaqlarımız azad olunanda sevinirdim ki, Qarabağa köçəcəyik. Artıq Xankəndidəyik və burada təhsil alıram. Çox qürurluyam. Gələcəkdə Qarabağ Universitetində ali təhsil alıb həkim olaraq Xankəndidə çalışmaq istəyirəm”.

Raziyə Bayramova da doğma torpaqda təhsil almağın onun üçün xüsusi məna daşıdığını deyir: “Hər zaman nənəm, babam və valideynlərim Qarabağ, Xankəndi haqqında danışardılar. Bu yerlər haqqında xəyallar qururdum. İndi isə Xankəndiyə köçmüşük və burada təhsilimi davam etdirirəm. Bu mənim üçün çox qürurvericidir. Gələcəkdə tibb sahəsində ali təhsil alıb cərrah kimi Xankəndidə çalışmaq istəyirəm və inanıram ki, burada bizi parlaq gələcək gözləyir”.