Kollecdə Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib

12 Dekabr, 2024 - 22:58

Dekabrın 12-də ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. 

Kollecdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı anım günü ilə bağlı qısa məlumat verib. Həmçinin Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra kollecin şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Nərminə Məmmədova Heydər Əliyevin siyasi fəaliyyəti və misilsiz xidmətləri haqqında məruzə ilə çıxış edib. 

Tələbələrin ifaları ilə tədbir sona çatıb.