Kolleclərə qəbul imtahanının vaxtı BİLİNDİ
2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı 18 fevral – 5 mart tarixlərində aparılacaq.
Əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik); qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik) aprelin 19-da keçiriləcək.
Əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (9 illik); qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (9 illik) isə 17 may tarixində baş tutacaq.
Cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili imtahanı (dövlət dili kimi) – I cəhd isə 3 mayda olacaq.
Digər imtahanların qrafiki ilə cədvəldə tanış ola bilərsiniz.
-
AygünSalam mən 11illik attestatla kollecə qəbul olmaq isdeyirəm. Qeyddiyyatin vaxtidi bitib. Zəhmət olmasa köməklik edərdiz.3 gün əvvəlCavablaLike (0) -
SevincSalam mən 11 illik attestatla kollecə qəbul olmaq istəyirəm.Qeydiyyatın vaxtı bitibmi ?zəhmət olmasa deyərdiz.14 gün əvvəlCavablaLike (0) -
ZamiqSalam adım Zamiq Əliyev mən 11 illik atestatla kollecə qəbul olmaq istəyirəm qeydiyyatdan necə keçim mümkünsə bu işdə mənə köməklik edərdiz zəhmət olmasa.4 ay əvvəlCavablaLike (0) -
İbişova NahidəSalam. 11 illik atestatla Kollece qebul olmaq isdeyirəm. Qeydiyyatdan necə keçim. ZƏHMƏT OLMASA köməklik edin4 ay əvvəlCavablaLike (0)-
Nuray MusayevaSalam, kolleclər üçün mayda olmalıdır qeydiyyat tarixi2 ay əvvəlLike (1)
-
-
Nurlan ƏliyevSalam 11 ılık atestatla kolece qebul olmag isteyirem nece qediyatdan keçim zehmet olmasa kömeklik edin 051 546 57 355 ay əvvəlCavablaLike (1)




