Kolleclərə qəbul olanların qeydiyyat prosesi BAŞLAYIR

8 Sentyabr, 2026 - 10:18
Kolleclərə qəbul olanların qeydiyyat prosesi

Orta ixtisas təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start verilir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, qeydiyyat prosesi 09 sentyabr saat 15:00-da başlayacaq.

Qəbul olan șəxslər my.gov.az portalı üzərindən “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.