Könüllülük fəaliyyəti kifayət qədər yüksək səviyyədədir - Vüqar Əliyev

30 Yanvar, 2026 - 11:27
Könüllülük fəaliyyəti kifayət qədər yüksək səviyyədədir

“Hazırda Azərbaycanda könüllülük fəaliyyəti kifayət qədər yüksək səviyyədədir və bu sahədə davamlı inkişaf müşahidə olunur. Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu da 500 nəfər könüllünün iştirakı ilə keçirilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Vüqar Əliyev jurnalistlərə açıqlaması zamanı səsləndirib.

Sədr bildirib ki, forumun əsas məqsədi könüllü təşkilatları arasında şəbəkələşmənin qurulmasıdır: “Forumun əsas məqsədi könüllü təşkilatları arasında şəbəkələşmənin və əlaqələndirmənin qurulması, dayanıqlı inkişafın təmin edilməsi və könüllülər arasında təcrübə mübadiləsinin həyata keçirilməsidir. Forum çərçivəsində Bakıda fəaliyyət göstərən könüllülərlə yanaşı, regionlarda fəaliyyət göstərən könüllülərimiz də iştirak edirlər”.

V.Əliyevin sözlərinə görə, fəaliyyətlərində fərqlənən gənclər isə 2 Fevral – Gənclər Günü münasibətilə mükafatlandırılacaqlar.