Koreya İnstitutu "Qonaq alimlər" proqramına qəbul elan edir

7 Noyabr, 2025 - 11:32
Koreya İnstitutu "Qonaq alimlər" proqramına qəbul elan edir
Koreya İnstitutu "Qonaq alimlər" proqramına qəbul elan edir

Koreya Respublikasının Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KIEP) "Qonaq alimlər" proqramında iştirak imkanı təqdim edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, KIEP ticarət və kommersiya, beynəlxalq maliyyə əməkdaşlığı, beynəlxalq sərmayə, regionşünaslıq kimi beynəlxalq iqtisadi siyasət sahələri üzrə tədqiqatların təşviq edilməsi üçün müraciətləri açıq elan edib.

Qaliblər bir ay ərzində Seconq şəhərində tədqiqat aparmaq imkanı əldə edəcəklər.

Proqrama müraciət üçün son tarix: 30 noyabr 2025-ci il

Ətraflı məlumat üçün: kiep.go.kr/menu.es?mid=a20602010000