Koreya Universiteti qonaq alim proqramına qəbul elan edir

3 Fevral, 2025 - 10:52
Koreya Universiteti qonaq alim proqramına qəbul elan edir
Koreya Universiteti qonaq alim proqramına qəbul elan edir

Koreyanın “Kyungpook” Milli Universiteti qonaq alimlərin (“Visiting Scholars”) bakalavriat və ya magistratura səviyyələrində təhsil alan tələbələrə onlayn qaydada müvafiq fənlərin tədris edilməsi üçün müraciətlərin qəbulunu elan edir. 

Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qaliblər bir ay ərzində onlayn qaydada tədris prosesində iştirak etmək və sözügedən universitetin təcrübəsini qazanmaq imkanı əldə edəcəklər.

Proqrama müraciət üçün son tarix 15 fevral 2025-ci ildir. Proqram barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Elan: https://docs.google.com/.../1WqtPSL2KZVLbPQosjp1O.../edit...