LDU-da əmək bazarının nümayəndələri ilə görüş keçirilib

3 Aprel, 2026 - 16:22
LDU-da əmək bazarının nümayəndələri ilə görüş keçirilib

LDU-da Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “İnklüziv təhsil və əmək bazarı bərabər imkanlar və inkişaf perspektivləri” mövzusunda görüş keçirilib.

LDU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tədbiri universitetin tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açıb və görüşün olduqca vacib məsələyə həsr olunduğunu bildirib. Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, LDU-nun erkən yaş (məktəbəqədər və ibtidai təhsil) üzrə layihə rəhbəri prof. Fərəh Cəlil mövzu ətrafında çıxış ediblər.

Görüşdə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonunun məktəbəqədər təhsil müəssisələrinin müdirləri, metodistləri, məktəb direktorları, psixoloqlar iştirak edib. Diskussiya zamanı inklüziv təhsilin regionda inkişafının gücləndirilməsi, bu istiqamətin inkişaf etdirilməsi məqsədilə LDU-da yeni ixtisasların açılması, tələbələrin peşə bacarıqlarının artırılması üçün təhsil müəssisələrində və inklüziv mərkəzlərdə seminarların təşkil edilməsi, universitet əməkdaşları tərəfindən region təhsil müəssisələrində maarifləndirilmə işlərinin gücləndirilməsi və s. istiqamətdə müzakirələr aparılıb, təkliflər səsləndirilib.