LDU-da “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

10 İyun, 2026 - 16:23
LDU-da “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunan “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində iyunun 10-da Lənkəran Dövlət Universitetində (LDU) professor-müəllim heyəti və tələbələr üçün növbəti maarifləndirici seminar keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, seminarı giriş sözü ilə LDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Ramiz Şəmmədov açaraq tədbirin məqsədi, əhəmiyyəti barədə geniş məlumat verib.
 
Tədbirdə LDU-nun Pedaqogika, psixologiya və incəsənət kafedrasının baş müəllimi  Südabə Məmmədova “Azərbaycanda İnsan Hüquqlarının Təminatı və Ombudsman Fəaliyyəti” barədə məruzə edib. Məruzəçı Azərbaycan Respublikasının Konstitutsiyasında, beynəlxalq qanunvericilikdə insan hüquqları haqqında olan maddələri ətraflı şərh edib, gənc nəsildə hüquqi düşüncə və mədəniyyətin inkişaf etdirilməsinin vacibliyini bildirib, LDU-da bu istiqamətdə aparılan işlər haqqında iştirakçıları  məlumatlandırıb.

Məruzə ətrafında Sosial iş ixtisasının tələbələri Dinara İbrahimova və Suzana Cəfərova çıxış ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.