LDU-da “Qanlı yanvar-əbədi xatirə” mövzusunda tədbir keçirilib

19 Yanvar, 2026 - 17:26
LDU-da “Qanlı yanvar-əbədi xatirə” mövzusunda tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan tarixinin ən ağrılı, qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Qanlı yanvar-əbədi xatirə” mövzusunda tədbir keçirilib.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbir iştirakçıları 20 Yanvar faciəsində və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

LDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov çıxışında faciəni doğuran tarixi şərait, səbəbləri və ibrət dərsləri barədə danışıb. 20 Yanvar faciəsinin keçmiş ittifaq rəhbərliyinin həmin illərdə ittifaq respublikalarında, o cümlədən Azərbaycanda yürütdüyü şovinist siyasətin acı nəticəsi olduğunu vurğulayaraq bildirib ki, M.Qorbaçov və onun əlaltılarının bütün cidd-cəhdlərinə, törətdikləri qanlı qırğına baxmayaraq, Azərbaycan xalqı haqq mübarizəsindən nəinki geri çəkildi, əksinə, mübarizəni davam etdirərək, ittifaq halqasından qoparaq müstəqilliyini elan edən ilk respublikalardan oldu. Dos. Zaur Məmmədov bildirib ki, 20 Yanvar hadisəsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin mövqeyi, açıqlamaları, atdığı addımlar 36 il öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.

LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Emin Məlikov “20 Yanvar faciəsi-müstəqilliyə aparan yol”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dos. Qədim Rufullayev “20 Yanvar faciəsi: dünən və bu gün” mövzusunda məruzə ediblər. Məruzələrdə 36 il öncə baş verən hadisələr Azərbaycanın qanla yazılmış şanlı tarixi, şərəf, qeyrət salnaməsi, qəhrəmanlıq səhifəsi kimi dəyərləndirilib, xalqın azadlıq mübarizəsində H.Əliyevin müstəsna rolu vurğulanıb. Yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə faciənin ibrət dərslərinin tələbələrə bütün açıqlığı ilə, faktlar və sənədlər əsasında çatdırılmasının, təbliğinin əhəmiyyəti əksini tapıb.

Tədbir 20 Yanvar faciəsini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı universitetin Elmi kitabxanasında sərgi açılıb.