LDU-da tələbələrin universitet həyatına adaptasiyası ilə bağlı seminar keçirilib
Lənkəran Dövlət Universitetinin (LDU) Filologiya və ibtidai təhsil fakültəsində “İnklüziv təhsil və psixoloji xidmət” layihəsinin meneceri, dosent Ləman Verdiyevanın təşkilatçılığı ilə “I tədris ili tələbələrinin universitet həyatına sosial-psixoloji adaptasiyası” mövzusunda maarifləndirici seminar keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, seminarda universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Ramiz Şəmmədov, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dosent Elman Mirzəyev, Tarix, coğrafiya və incəsənət fakültəsinin dekanı dosent Afaq Qasımova və baş müəllim Nahidə Cəfərova çıxış ediblər.
Daha sonra Təhsildə sosial-psixoloji xidmət ixtisasının IV tədris ili tələbələri Ülkər Məcidli və Fatimə Cəfərova mövzu ilə bağlı təqdimat ediblər. Seminar diskussiya və sual-cavab sessiyası ilə davam edib.




