LDU-da Ümumdünya Torpaq Gününə həsr olunmuş yarış keçirilib

1 Dekabr, 2025 - 15:54
LDU-da Ümumdünya Torpaq Gününə həsr olunmuş yarış keçirilib

Lənkəran Dövlət Universitetinin (LDU) böyük akt zalında Aqrar və mühəndislik fakültəsinin "Torpaqşünaslıq və aqrokimya", "Aqronomluq", "Bağçılıq və tərəvəzçilik" ixtisasları üzrə təhsil alan tələbələr arasında 5 dekabr – Ümumdünya Torpaq Gününə həsr olunmuş “Sağlam Torpaq – Sağlam Gələcək” adlı intellektual yarış keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, intellektual yarışmaya qatılan komandalar mövzu ilə bağlı sualları cavablandırıblar. Sualları daha operativ və dəqiq cavablandıran 3 komanda mükafatlandırılıb. 1-ci yeri tutan komandaya diplom və kubok, 2-ci və 3-cü yeri tutan komandalara diplomlar təqdim edilib.