Lənkəran-Astara bölgəsinin 911 şagirdi orta məktəbdə peşə təhsili alır

16 Yanvar, 2026 - 12:01
Lənkəran-Astara bölgəsinin 911 şagirdi orta məktəbdə peşə təhsili alır

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində peşə təmayüllü siniflər üzrə tədrisin müasir tələblər əsasında təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

İdarədən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, "Peşə təmayüllü siniflər" layihəsi çərçivəsində regionun 30 məktəbində 50 sinif üzrə 911 şagird üçün dərslər təşkil olunur.

Layihə çərçivəsində şagirdlərin bacarıq və maraqlarına uyğun peşə istiqamətlərinin müəyyənləşdirilməsi, praktiki biliklərinin artırılması və şagirdlərin gələcək əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyası əsas hədəf kimi müəyyən olunub.

Xatırladaq ki, peşə təmayüllü siniflərin əsas məqsədi şagirdlərin erkən yaşlardan əmək bazarının tələblərinə uyğun istiqamətləndirilməsi, onların praktiki bacarıqlarının inkişaf etdirilməsi, peşə seçiminə hazırlıq səviyyəsinin yüksəldilməsi və gələcək karyera planlamasına dəstək göstərilməsidir.