Magistratura imtahanının test tapşırıqlarının düzgün cavabları açıqlanıb

17 Fevral, 2025 - 11:02
Magistratura imtahanının test tapşırıqlarının düzgün cavabları açıqlanıb
Magistratura imtahanının test tapşırıqlarının düzgün cavabları açıqlanıb

16 fevral 2025-ci il tarixində keçirilmiş magistraturaya qəbul imtahanında istifadə olunan test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları ilə buradan tanış ola bilərsiniz.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Test tapşırıqlarının izahları isə gün ərzində DİM-in internet saytına yerləşdiriləcək.  

Xatırladaq ki, imtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.