Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı
Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 4 avqust tarixinə kimi uzadılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məlumat yayıb.
Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.



