Masallı məktəblisi beynəlxalq müsabiqənin “Gran Prix” mükafatını qazanıb
                                “Kubok TRİZ 2025” beynəlxalq innovasiya və ixtiraçılıq müsabiqəsi başa çatıb.
"Azərbaycan müəllimi"nə Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata görə, Masallı rayonu Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IV sinif şagirdi Ramazanlı Mədinə Nicat qızı müsabiqə üzrə ən yüksək nailiyyət göstərərək “Gran Prix” mükafatını qazanıb.
Cəlilabad rayonu Göytəpə şəhəri Vüqar Mürsəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Hünbətova Aytac Valeh qızı və Astara şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Ağazadə Mirməmməd Rahib oğlu isə II dərəcəli diplomla təltif olunublar.
Qeyd edək ki, məqsədi məktəblilər və müəllim heyəti arasında yaradıcılıq və innovasiya sahəsində motivasiyanın formalaşdırılması, eləcə də peşə yönümlü fəaliyyətin əhatə dairəsinin genişləndirilməsi olan TRİZ (İxtira məsələlərinin həlli nəzəriyyəsi) müsabiqəsinə 3 ölkə – Rusiya, Azərbaycan və Çin tərəfindən ümumilikdə 120 iş təqdim olunub.


                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
