MDU-da su üzrə yeni laboratoriya açılıb

6 Mart, 2026 - 10:02
MDU-da su üzrə yeni laboratoriya açılıb

Yeni yaradılan laboratoriya istifadəyə verilib, su resurslarının elmi təhlili və tətbiqyönümlü tədqiqatlar üçün imkanlar yaradılıb

Mingəçevir Dövlət Universitetində Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyasının açılışı olub. Yeni yaradılan laboratoriya artıq istifadəyə verilib və su resurslarının elmi əsaslarla araşdırılması, praktik tədrisin gücləndirilməsi və region üzrə tətbiqyönümlü tədqiqatların genişləndirilməsi baxımından yeni imkanlar yaradıb.

“Azərbaycan müəllimi” qəzetinə açıqlamasında MDU-nun rektoru Anar Eminov bildirib ki, laboratoriyanın açılması universitetin elmi-tədqiqat və tətbiqi təhsil imkanlarının genişləndirilməsi baxımından mühüm mərhələdir. Onun sözlərinə görə, su resursları ilə bağlı məsələlər bu gün həm ətraf mühit, həm ictimai sağlamlıq, həm də sosial-iqtisadi dayanıqlılıq kontekstində xüsusi aktuallıq daşıyır. Rektor vurğulayıb ki, məhz buna görə suyun keyfiyyətinin elmi əsaslarla araşdırılması və nəticələrin daha dəqiq şəkildə əldə olunması üçün müasir laboratoriya mühitinin formalaşdırılması prioritet hesab olunur.

Yeni laboratoriya MDU-da yaradılmış Elmi Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Su və İstilik Enerjisi Tədqiqatları Qrupunun işi ilə uyğunlaşdırılıb. Burada su nümunələrinin götürülməsi, saxlanması və hazırlanması üzrə iş prosesləri qurulub, suyun əsas fiziki və fiziki-kimyəvi göstəricilərinin ölçülməsi və təhlili üçün zəruri avadanlıqlar yerləşdirilib.

Laboratoriyada suyun pH göstəricisinin, temperaturunun, elektrik keçiriciliyinin, sərtliyinin, bulanıqlığının müəyyənləşdirilməsi, eləcə də tərkib parametrlərinin qiymətləndirilməsi mümkündür. Analizlər zamanı təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun laborator yanaşmaların tətbiqi də nəzərdə tutulur.

Yeni laboratoriyanın fəaliyyəti MDU-nun 2026–2030-cu illəri əhatə edən İnkişaf Strategiyası ilə uzlaşır. Strategiyada tədqiqat infrastrukturunun möhkəmləndirilməsi, tətbiqyönümlü elmin gücləndirilməsi, tədrisdə praktik komponentlərin artırılması və universitetin regionun inkişaf gündəliyində daha fəal elmi tərəfdaş kimi mövqeyinin genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyən olunub.

Laboratoriya müəllimlər üçün sahə üzrə tədqiqatların daha sistemli aparılmasına, tələbələr üçün isə su və ətraf mühitlə bağlı fənlərin real laboratoriya mühitində öyrənilməsinə xidmət edəcək. Eyni zamanda, onun regional xarakter daşıması Mingəçevir və ətraf ərazilərdə su ilə bağlı laboratoriya araşdırmalarının aparılmasına, elmi əsaslı məlumatların toplanmasına və yeni əməkdaşlıqların formalaşmasına imkan yaradacaq.

Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyasının istifadəyə verilməsi MDU-da elmi potensialın gücləndirilməsi, tətbiqi təhsilin inkişafı və su resurslarına məsuliyyətli yanaşma mədəniyyətinin təşviqi baxımından mühüm addım kimi qiymətləndirilir.

MDU-da su üzrə yeni laboratoriya açılıb
MDU-da su üzrə yeni laboratoriya açılıb
MDU-da su üzrə yeni laboratoriya açılıb
MDU-da su üzrə yeni laboratoriya açılıb
MDU-da su üzrə yeni laboratoriya açılıb
MDU-da su üzrə yeni laboratoriya açılıb
MDU-da su üzrə yeni laboratoriya açılıb
MDU-da su üzrə yeni laboratoriya açılıb
MDU-da su üzrə yeni laboratoriya açılıb
MDU-da su üzrə yeni laboratoriya açılıb
MDU-da su üzrə yeni laboratoriya açılıb
MDU-da su üzrə yeni laboratoriya açılıb