“Mediada Gənclərin Hüquqi Mübarizəsi” layihəsi çərçivəsində təlim keçirilib

29 Dekabr, 2025 - 11:08
“Mediada Gənclərin Hüquqi Mübarizəsi” layihəsi çərçivəsində təlim keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiyaya və Suverenlik İli” qrantı çərçivəsində icra olunan “Mediada Gənclərin Hüquqi Mübarizəsi” layihəsi üzrə maarifləndirici təlim təşkil edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlim 26 dekabr tarixində Mingəçevir Dövlət Universitetində keçirilib. 
Tədbirdə media sahəsinə maraq göstərən, həmçinin media savadlılığı bacarıqlarını inkişaf etdirmək istəyən gənclər iştirak ediblər.
Təlimin məqsədi gənclərə informasiya mühitində qarşılaşdıqları risklər barədə məlumat vermək, fakt yoxlamanın əsas yollarını izah etmək, dezinformasiyanın təsirlərini göstərmək və rəqəmsal təhlükəsizlik qaydalarını öyrətmək olub.
Təlimi Gazi Universitetinin doktorantı, ADPU-nun müəllimi Rasim Həsənzadə aparıb. O, fakt yoxlama, dezinformasiyanın yayılma üsulları və şəxsi məlumatların qorunması mövzularında təqdimat edib, real nümunələr əsasında interaktiv müzakirələr aparıb.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, media məkanında hüquqi məsuliyyətli və təhlükəsiz davranmağın vacibliyi vurğulanıb.
Qeyd edək ki, layihə gənclərin daha məlumatlı, tənqidi düşüncəli və rəqəmsal risklərə qarşı hazırlıqlı vətəndaş kimi formalaşmasına dəstək verir.