Medianın İnkişafı Agentliyi jurnalistlər üçün təlimlərə başlayıb

9 Dekabr, 2025 - 19:55
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün təlimlərə başlayıb
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün təlimlərə başlayıb
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün təlimlərə başlayıb
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün təlimlərə başlayıb

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün təlimlərə başlayıbMedianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün ““Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlimlərə başlanılıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, təlimdə Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, Əməkdar jurnalist, yazıçı Natiq Məmmədli çıxış edib. O qeyd edib ki, “storytelling” bu gün jurnalistikanın auditoriyaya təsir imkanlarını genişləndirən, ideyanın daha dolğun və cəlbedici formada çatdırılmasına şərait yaradan, jurnalistin yaradıcı imkanlarını ön plana çıxaran və fərdi üslubun formalaşmasına təkan verən mühüm vasitədir. N.Məmmədli ənənəvi yazı texnikalarının yeni məzmun formaları ilə uzlaşdırılmasının, publisistik mətnlərin hipermətn mühitinə uyğunlaşdırılmasının və köşə yazarlığının oxucu üçün daha cəlbedici hala gətirilməsinin hazırkı media mühitinin əsas çağırışları sırasında olduğunu diqqətə çatdırıb. 

Təlimdə vurğulanıb ki, beynəlxalq təcrübəyə əsaslanan “storytelling” yanaşmalarının və müasir narrativ strukturların tətbiqi məlumatın daha anlaşılan təqdim olunmasına, auditoriya ilə emosional əlaqənin qurulmasına və ictimai təsirin gücləndirilməsinə mühüm töhfə verir.
 
9-10 dekabr tarixlərini əhatə edən təlim proqramı iki fərqli qrup üçün dörd sessiya üzrə təşkil olunub. Sessiyalar “Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları”, ““Storytelling”: mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları”, “Narrativ nəzəriyyəsi: əsas prinsipləri və istiqamətləri (mühazirə və simulyasiya)”, eləcə də “Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi” mövzularını əhatə edir.

İki gün davam edən təlimin bugünkü iştirakçılarına sertifikatlar təqdim edilib.