Məktəbə bir gün qalmış rejimi dəyişməyin: Psixoloq valideynlərə səsləndi
Yay tətilinin son günləri yaxınlaşdıqca məktəblilər üçün yalnız çanta və məktəb ləvazimatlarının hazırlanması deyil, gündəlik rejimin də yenidən qurulması aktuallaşır. Xüsusilə yay aylarında gec yatmağa və səhərlər daha gec oyanmağa alışan uşaqların məktəb rejiminə qısa müddətdə uyğunlaşması müəyyən çətinliklər yarada bilər. Yuxu rejiminin düzgün qurulmaması isə dərs zamanı diqqət, yaddaş, öyrənmə qabiliyyəti və ümumi əhvala təsir göstərir. Bu baxımdan yeni tədris ili ərəfəsində valideynlərin uşaqların yuxu rejimini tədricən məktəb qrafikinə uyğunlaşdırması vacib məsələlərdən biridir. Xüsusilə aşağı sinif şagirdlərinin orqanizminin və gündəlik vərdişlərinin yeni rejimə uyğunlaşması zamanı valideynlər bir sıra məqamlara diqqət yetirməlidirlər.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, məktəbin başlaması uşaqlar üçün təkcə dərslərin başlaması deyil, eyni zamanda gündəlik rejimin, yuxu saatlarının və ümumilikdə həyat ritminin dəyişməsi deməkdir:
“Xüsusilə yay aylarında gec yatmağa və səhər gec oyanmağa öyrəşmiş uşaqlar üçün bu keçid müəyyən çətinliklər yarada bilər.
Valideynlərin diqqət etməli olduğu əsas məqam odur ki, yuxu rejimini məktəb başlamazdan bir gün əvvəl deyil, tədricən dəyişmək lazımdır. Uşağın yatma və oyanma saatını hər gün təxminən 15-20 dəqiqə erkən çəkmək daha uyğun yanaşmadır. Bu, uşağın yeni rejimə daha rahat uyğunlaşmasına kömək edir.
Digər vacib məsələ yuxunun müddətidir. Xüsusilə aşağı sinif şagirdləri kifayət qədər yatmalıdırlar. Yuxu çatışmazlığı uşağın səhər oyanmasına deyil, onun diqqətinə, yaddaşına, emosional vəziyyətinə və dərsə uyğunlaşmasına da təsir göstərə bilər. Buna görə “uşaq onsuz da öyrəşəcək” deyərək yuxu ehtiyacını ikinci plana keçirmək düzgün deyil.
Aşağı siniflərdə uşaqların emosional uyğunlaşmasına da xüsusi diqqət yetirmək lazımdır. Bəzi uşaqlar məktəbə həvəslə getsə də, bəzilərində narahatlıq, səhər ayrılmaq istəməmək, ağlama, qarın ağrısı və ya müxtəlif bəhanələrlə məktəbə getməkdən yayınmaq kimi hallar müşahidə oluna bilər. Bu davranışları dərhal “ərköyünlük” və ya “inadkarlıq” kimi qiymətləndirmək olmaz. Bəzən bunlar uşağın yaşadığı narahatlığın ifadəsidir”.
Onun sözlərinə görə, valideynlər uşağa “qorxma”, “heç nə olmayacaq” demək əvəzinə onun hisslərini başa düşməli, fikirlərini dinləməlidirlər:
“Məsələn, “Məktəblə bağlı səni ən çox nə narahat edir?” sualı uşağın özünü ifadə etməsinə imkan yarada bilər. Uşağın narahatlığını nə kiçiltmədən, nə də Yay tətilinin son günləri yaxınlaşdıqca məktəblilər üçün yalnız çanta və məktəb ləvazimatlarının hazırlanması deyil, gündəlik rejimin də yenidən qurulması aktuallaşır. Xüsusilə yay aylarında gec yatmağa və səhərlər daha gec oyanmağa alışan uşaqların məktəb rejiminə qısa müddətdə uyğunlaşması müəyyən çətinliklər yarada bilər. Yuxu rejiminin düzgün qurulmaması isə dərs zamanı diqqət, yaddaş, öyrənmə qabiliyyəti və ümumi əhvala təsir göstərə bilər. Bu baxımdan yeni tədris ili ərəfəsində valideynlərin uşaqların yuxu rejimini tədricən məktəb qrafikinə uyğunlaşdırması vacib məsələlərdən biridir. Xüsusilə aşağı sinif şagirdlərinin orqanizminin və gündəlik vərdişlərinin yeni rejimə uyğunlaşması zamanı valideynlər bir sıra məqamlara diqqət yetirməlidirlər.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, məktəbin başlaması uşaqlar üçün təkcə dərslərin başlaması deyil, eyni zamanda gündəlik rejimin, yuxu saatlarının və ümumilikdə həyat ritminin dəyişməsi deməkdir:
“Xüsusilə yay aylarında gec yatmağa və səhər gec oyanmağa öyrəşmiş uşaqlar üçün bu keçid müəyyən çətinliklər yarada bilər.
Valideynlərin diqqət etməli olduğu əsas məqam odur ki, yuxu rejimini məktəb başlamazdan bir gün əvvəl deyil, tədricən dəyişmək lazımdır. Uşağın yatma və oyanma saatını hər gün təxminən 15-20 dəqiqə erkən çəkmək daha uyğun yanaşmadır. Bu, uşağın yeni rejimə daha rahat uyğunlaşmasına kömək edir.
Digər vacib məsələ yuxunun müddətidir. Xüsusilə aşağı sinif şagirdləri kifayət qədər yatmalıdırlar. Yuxu çatışmazlığı uşağın səhər oyanmasına deyil, onun diqqətinə, yaddaşına, emosional vəziyyətinə və dərsə uyğunlaşmasına da təsir göstərə bilər. Buna görə “uşaq onsuz da öyrəşəcək” deyərək yuxu ehtiyacını ikinci plana keçirmək düzgün deyil.
Aşağı siniflərdə uşaqların emosional uyğunlaşmasına da xüsusi diqqət yetirmək lazımdır. Bəzi uşaqlar məktəbə həvəslə getsə də, bəzilərində narahatlıq, səhər ayrılmaq istəməmək, ağlama, qarın ağrısı və ya müxtəlif bəhanələrlə məktəbə getməkdən yayınmaq kimi hallar müşahidə oluna bilər. Bu davranışları dərhal “ərköyünlük” və ya “inadkarlıq” kimi qiymətləndirmək olmaz. Bəzən bunlar uşağın yaşadığı narahatlığın ifadəsidir”.
Onun sözlərinə görə, valideynlər uşağa “qorxma”, “heç nə olmayacaq” demək əvəzinə onun hisslərini dinləməlidirlər:
“Məsələn, “Məktəblə bağlı səni ən çox nə narahat edir?” sualı uşağın özünü ifadə etməsinə imkan yarada bilər. Uşağın narahatlığını nə kiçiltmək, nə də böyütmək lazımdır. Məktəb başlamazdan əvvəl səhər rejimini qaydaya salmaq üçün də məşq etmək faydalıdır. Uşaq vaxtında oyanmalı, səhər yeməyini yeməli, geyinməli və məktəbə hazırlaşmalıdır. Bunu ilk dərs gününə saxlamaq əvəzinə bir neçə gün əvvəl tətbiq etmək uşağın adaptasiyasını asanlaşdırır.
Eyni zamanda, valideynlər uşağın qarşısına çox yüksək gözləntilər qoymamalıdırlar. “Bu il mütləq əlaçı olmalısan”, “heç bir səhv etməməlisən” kimi ifadələr uşağın məktəbə başlaması ilə bağlı əlavə təzyiq hiss etməsinə səbəb ola bilər. İlk mərhələdə əsas məqsəd uşağın yeni rejimə, müəllimə, sinifə və məktəb mühitinə sağlam şəkildə uyğunlaşmasıdır”.
Müsahibimiz valideynlərə tövsiyə edir ki, məktəbə hazırlığı yalnız çanta, forma və dəftər hazırlığı kimi görməsinlər. Uşağın psixoloji hazırlığı da ən az bunlar qədər vacibdir:
“Onunla məktəb haqqında danışmaq, əvvəlki müsbət təcrübələrini xatırlatmaq, gündəlik rejimi tədricən bərpa etmək və ən əsası, uşağa təhlükəsiz və dəstəkləyici mühit yaratmaq lazımdır.
Əgər uşaq məktəb başladıqdan sonra uzun müddət ərzində güclü narahatlıq yaşayırsa, davamlı ağlayırsa, yuxu və iştahında ciddi dəyişikliklər müşahidə olunursa və ya məktəbə getməkdən tamamilə imtina edirsə, bu vəziyyətə laqeyd yanaşmaq olmaz. Belə hallarda məktəb psixoloqu və ya uşaq psixoloqu ilə məsləhətləşmək məqsədəuyğundur”.




