Məktəbəhazırlıq qruplarında tədris başlayıb 

1 Oktyabr, 2024 - 12:01

Bu gün məktəbəhazırlıq qruplarında əyani formada məşğələlər başlayır.

“Azərbaycan müəllimi” xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il (2019-cu ildə) tamam olan uşaqlar qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur.