"Məktəblər millətin nur və səadət çırağıdır" – Abdulla Şaiq

13 Oktyabr, 2026 - 13:37
"Məktəblər millətin nur və səadət çırağıdır"

Azərbaycan maarifçilik tarixinin görkəmli nümayəndəsi, şair və pedaqoq Abdulla Şaiqin yaradıcılığında təhsil və ana dilli məktəblər hər zaman milli mövcudluğun əsası kimi dəyərləndirilib. Müəllifin millətin formalaşmasında məktəbin rolunu və müəllim fədakarlığını sarsılmaz bir güc olaraq xarakterizə etdiyi, bu gün də aktuallığını itirməyən tarixi fikirlərini təqdim edirik:

“Milli vicdan milli məktəblərdə doğar. Məktəb və müəllimləri olmayan bir millət müəyyən bir sima və məfkurəsi olmayan bir cocuğa bənzər ki, öz xeyir və şərini düşünə, dost və düşmənini fərq edə bilməz.

Cocuqlara özünü tanıdan, milli hisslərini, ruhlarını yüksəldən, onların dağ çeşmələri qədər saf və təmiz ürəklərində böyük bir məfkurə doğuran, gələcəkdə sevgili vətəni üçün ən dəyərli övlad yetişdirən və sarsılmaz bir qüvvət hazırlayan məktəblərdir. Məktəblər millətin nur və səadət çırağıdır. Bəli, iqrar etməliyik ki, indiyədək milli məktəblərimiz olmadığından xalqımız naminə heç bir şeyimiz yox idi”,  – Abdulla Şaiq.