Məktəbli şahmatçılar Azərbaycanı Dünya Kubokunda təmsil edəcəklər

10 İyun, 2026 - 14:35
Məktəbli şahmatçılar Azərbaycanı Dünya Kubokunda təmsil edəcəklər

Azərbaycan şahmatçıları Gürcüstanın Batumi şəhərində 8, 10 və 12 yaşlılar arasında keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

Bu barədə Şahmat Federasiyasından "Azərbaycan müəllimi"nə məlumat verilib.

Bildirilib ki, yarışda ölkəmizi Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli və Sadəgül Əfəndi təmsil edəcəklər.

Turnir iyunun 15-dən 28-dək təşkil olunacaq.