Məktəblilər arasında II Kimya-Biologiya olimpiadası keçiriləcək

20 Dekabr, 2024 - 18:01
Məktəblilər arasında II Kimya-Biologiya olimpiadası keçiriləcək
Məktəblilər arasında II Kimya-Biologiya olimpiadası keçiriləcək

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə görkəmli, dünyaşöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadası  keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

Olimpiadanın 3 turdan ibarət keçirilməsi nəzərdə tutulub:

Məktəb turu: 21 dekabr 2024-cü il ️

Rayon turu: 11 yanvar 2025-ci il

Muxtar respublika turu: 8 fevral 2025-ci il

Qeyd edək ki, rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaqlar.