Məktəblilər Beynəlxalq Kitab Bağışlama Gününə dəstək aksiyası keçirdilər
Gəncə şəhəri 3 nömrəli tam orta məktəbdə Beynəlxalq Kitab Bağışlama Gününə dəstək aksiyası keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə məktəbin peşə təmayüllü 10-cu sinif şagirdləri məktəbəqədər qruplarda təhsil alan kiçikyaşlı uşaqlara nağıl kitabları bağışlayıblar.
Məqsəd həm kiçikyaşlı uşaqlarda kitaba maraq yaratmaq, həm də öz yaşıdları arasında sosial məsuliyyət hissinin formalaşmasına töhfə verməkdir. Aksiyanın keçirilmə təşəbbüsü məktəbin müəllimi Əzizə Quliyeva tərəfindən irəli sürülüb.
Aksiya həm müəllimlər, həm də şagirdlər tərəfindən yüksək qiymətləndirilib.



